Nizami Hacıyevin “Poqon”a keçidi baş tutmaya bilər
Nizami Hacıyevin “Poqon”a keçidi baş tutmaya bilər. Buna səbəb “İnter”lə Polşa klubunun anlaşa bilməməsidi.
Belə ki, “Poqon” Nizaminin özü ilə anlaşıb. Lakin “İnter” müqaviləsi olan futbolçuya görə polşalılardan kompensasiya tələb edir. “Poqon” isə “İnter” pul vermək niyyətində deyil. Bu səbəbdən Hacıyevin Polşa klubuna keçidi baş tutmaya bilər.
Qeyd edək ki, Nizaminin “İnter”lə müqaviləsi mövsümün sonunda bitəcək. Klubun polşalılardan bu transfer üçün təxminən 100-150 min dollar istədiyi bildirilir.

Xəbər 867 dəfə oxundu.