“Aalen”in “İnter”lə yoxlama oyununun dəqiq vaxtına aydınlıq gəlib
II Bundesliqa təmsilçisi “Aalen”in “İnter”lə Antalyada keçirəcəyi yoxlama oyununun dəqiq vaxtına aydınlıq gəlib. Hazırda çempionatda 5-ci sırada olan “Aalen” yanvarın 10-dan 18-dək Bələkdə 1 həftəlik hazırlıq keçəcək.

Bu müddətdə “Aalen” Hollandiyanın AZ, Almaniyanın “Karlsrue” klubları ilə yanaşı, Bakı “İnter”i ilə də yoxlama oyunu keçirəcək. Almanların təmsilçimizlə görüşü isə yanvarın 17-nə planlaşdırılıb. Qarşılaşma saat 15:00-da başlayacaq.

Qeyd edək ki, “İnter” yanvarın 11-dən fevralın 4-dək Antalyada olacaq. “Bankirlər” bu komanda ilə yoxlama oyunu keçirəcəklərini təsdiqləməsə də, “Aalen”in rəsmi saytı bu matçı komandanın hazırlıq planına daxil edib.

Xəbər 827 dəfə oxundu.