Georgi Lomaya dünya rekordçuları sırasına düşə bilməyib
“İnter”in gürcüstanlı qapıçısı Georgi Lomaya dünya rekordçuları sırasına düşə bilməyib. Təcrübəli qapıçı Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının siyahısına düşmək üçün lazım olan 660 dəqiqəlik “quru seriya”nın bir addımlığında büdrəyib.

Belə ki, Lomaya “Neftçi” ilə 1:1 hesabı ilə təxirə salınmış oyunun 11-ci dəqiqədə çempionatımızın bombardiri Nikolas Kanalesin buraxdığı topla dayanıb. Bununla da 636 dəqiqəlik seriyaya malik Georgiyə 24 dəqiqə çatmayıb.

Qeyd edək ki, Lomayanın bu göstəricisi həm klubunun, həm də cari mövsümün rekordudur.

Xəbər 1074 dəfə oxundu.