Məsut Özil Madriddən İstanbula gəlib
“Real”ın türk əsilli futbolçusu Məsut Özil yeni il tətili üçün Madriddən İstanbula gəlib. Almaniya milli komandasının yarımmüdafiəçisi İspaniya La Liqasının 17-ci turunda “Malaqa”ya (3:2) məğlubiyyətdən sonra Topxanadaki Əli Baba restoranına gedib.

“Malaqa” ilə qarşılaşmadan sonra mətbuat tərəfindən tənqid atəşinə tutulan “Kral klubu”nun futbolçusunun İstanbulda dostları ilə əylənməsi diqqətdən yayınmayıb. Jurnalistlərə görünməmək üçün restoranın sonuncu stolunda əyləşən Məsut, buna baxmayaraq türk həmkarlarımızın gözündən qaçmayıb.

Xəbər 852 dəfə oxundu.