Neymar karyerası barədə açıqlamalar verib
Avropanın böyük klublarının hədəfində olan Neymar karyerası barədə açıqlamalar verib. Braziliyalı futbolçu Avropada oynamağın uşaqlıq arzusu olduğunu bildirib.
“Ailəm və dostlarımın yanında futbol oynadığım üçün çox xoşbəxtəm. Amma zaman yaxınlaşır. Avropada oynamaq uşaqlıq arzumdu. Hazırda özümü bu səviyyədə görürəm”, deyə Neymar qeyd edib.
Daha bir müddət Braziliyada oynayacağını bildirən ulduz futbolçu Konfederasiyalar Kuboku barədə də danışıb: “Braziliyada milli komnada forması ilə oynayacağım üçün həyacanlıyam. Çempionatda yaxşı nəticələr qazanacağıq. Eyni zamanda DÇ-2014-də də”.

Xəbər 1006 dəfə oxundu.