Mülleri 2017-dək saxladılar
Münhen «Bavariya»sının və Almaniya yığmasının forvardı Tomas Müller ölkəsinin ən titulu klubunda hələ çox qalacaq. Münhen klubunun rəhbərliyi onunla müqaviləni uzadıblar. Bu barədə xəbər «Bavariya»nın rəsmi saytında yayılıb.

Hücumçu ilə yeni müqavilə 2017-ci ilədək müddəti nəzərdə tutur. 23 yaşlı futbolçu «Bavariya»nın öz yetirməsidi. Bu mövsümdə o, komandanın heyətində 22 oyun keçiriö və 12 qol vurub.

Xəbər 944 dəfə oxundu.