Kolumbiyalı futbolçunun qətli
Venesuelada cinayətkarlar bir bankı yararkən kolumbiyalı bir futbolçu qətlə yetirilib. İdman.com.az saytının məlumatına görə, «Yarakuyanos» klubunun yarımmüdafiəçisi Xarvi Mexiyanın həyatını həkimləri xilas edə bilməyiblər.

San Felipedəki banka cinayətkar hücum çəkərkən Xarvi qorxmayaraq, onları dayandırmaq istəyib. Onun bir güllə qarnına, bir güllə də ayağına dəyib. Futbolçunun 2,3 min dollar pulunu da aparıblar. Həkimlər Mexiyanı xilas etməyə çalışsalar da, bacarmayıblar.

Xəbər 1050 dəfə oxundu.