AİJA ilin ən yaxşılarını elan etdi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2012-ci ilin idman laureatlarının adlarını açıqlayıb.

İlin idman jurnalistləri Esmira Orucova (“Olimpiya dünyası” qəzeti) Elçin Cəfərov (“Azərbaycan” qəzeti), Elman Himayətoğlu (İctimai TV) olublar.

Çingiz Hüseynzadə və Cəmaləddin Rəhmanovun “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi – 20 il” kitabı ilin idman üzrə kitabı seçilib.

İlin qəzetləri sırasında isə “İdman”, “Futbol+”,“Xalq qəzeti”, “New Baku Post” və “Exo” fərqləniblər. Laureatlar sırasında “İdman Azərbaycan” telekanalı, “Qol.az” və “Lent.az” internet portalları da vardır.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ilin idman xadimi adına layiq görülüb.

Xəbər 2770 dəfə oxundu.