Böyükağa Hacıyevi cəzalandı
AFFA İntizam Komitəsi “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevi cəzalandırıb. Buna səbəb onun AZAL-la oyunda texniki zondadan kənarlaşdırılması olub.
Belə ki, matçın 61-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılan Hacıyev 1 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə olunub. Bundan başqa baş məşqçi matçdan sonra keçirilən mətbuat konfransında hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyindən 2000 manat əlavə cərimə ödəniləcək.
“Neftçi” oyunun 73-cü dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığından 2000, 4 futbolçu sarı vərəqə aldığından 1000 manat cərim edilib.

Xəbər 796 dəfə oxundu.