“Fənərbaxça” basketbol klubu heyətini gücləndirib
Avropa Liqasının 16 ən güclü komandalarının sırasında yer alan Türkiyənin “Fənərbaxça” basketbol klubu heyətini gücləndirib. “Sarı-bülbüllər” 2 basketbolçu ilə anlaşıb. Bunlar Uros Tripkoviç və Şelden Viliamsdır.

Amerikalı basketbolçusu Bremerin komandadan ayrılmasından sonra oyunçu axtarışına başlayan İstanbul klubu, istədiyini İspaniyada tapıb. Bu ölkənin “Valyodolid” klubunun şərəfini qoruyan serbiyalı Uros Tripkoviç, bundan sonra “Fənərbaxça”nın uğurları üçün çalışacaq.

İstanbullular digər basketbolçu Şelden Viliamsı isə Fransanın “Elan Kalon” klubundan transfer ediblər. Amerikalı basketbolçunu heyətinə qatmaq üçün “Fənərbaxça” 350 min avrosundan keçib.

Qeyd edək ki, 1.96 sm boya malik olan Uros Tripkoviç Avro-2009-da Serbiya milli komandasının heyətində gümüş medala sahib olub. Şelden Viliams isə Fransa klubundan öncə “Nyu Cersi”in şərəfini qoruyub.

Xəbər 956 dəfə oxundu.