Devid Bekhem ailəsi ilə birgə istirahətə yollanıb
“Los Anceles Qalaksi” ilə yollarını ayırıb, hazırda klubsuz qalan Devid Bekhem ailəsi ilə birgə istirahətə yollanıb. 37 yaşlı futbolçu həyat yoldaşı Viktoriya və 4 uşağı ilə birgə Maldiv adalarına gedib.

İngilis oyunçunun orada qalacağı otelin gecəsi isə 24 min türk lirəsidir. 12 çimərliyə və 40 hovuza sahib olan bu oteldə, Bekhem ailəsi ilə birgə 11 gecə qalacaq. Maldivin ən bahalı otellərini seçən Devid, burada 3 otaq kirayələyib. Bu otaqların hər gecəsinə isə o, 8600 funt-sterlinq ödəyəcək.

Xəbər 1180 dəfə oxundu.