“Dənizlispor”un hazırlıq planı məlum olub
Rail Məlikovun çıxış etdiyi “Dənizlispor”un hazırlıq planı məlum olub. Birinci dövrədən sonra istirahətə buraxılan komanda yanvarın 2-də Antalyanın Manavqat bölgəsində təlim-məşq toplanışına başlayacaq.
Toplanış 10 gün davam edəcək. Bu müddətdə “Dənizlispor” 4 yoldaşlıq oyunu keçirəcək. Rəqiblərdən biri Karaqanda “Şaxtyor”u olacaq. Digər üç rəqib isə hələ bəlli deyil.
Bu arada “Dənizlispor” bir futbolçusu ilə vidalaşıb. Belə ki, komanda “Qalatasaray”ın yetirməsi olan, icarə əsasında bu komandada forma geyinən Anıl Dilaverlə yollarını ayırıb.

Xəbər 904 dəfə oxundu.