Benzema Fransada «ən yaxşı»dır
Madrid «Real»ının fransalı forvardı Kərim Benzema ölkəsində ilin ən yaxşı futbolçusu seçilib. O, səsvermədə ikinci yeri tutan «Bavariya»lı havbek Frank Riberini qabaqlayıb.

İlk beşliyə həmçinin «Tottenhem»in qapıçısı Uqo Lyoris, «Arsenal»ın forvardı Olivye Jiru və «Marsel»in havbeki Matye Valbuena da daxil olublar.

İdman.com.az saytının məlumatına görə, Benzema özünün Fransada ən yaxşı seçilməsi ilə bağlı bunları deyib: «Mən bu mükafata layiq görüldüyümə görə qürur duyuram və çox xoşbəxtəm».

Xəbər 957 dəfə oxundu.