Azərbaycan yığması turnirin favoritidir
Azərbaycanda keçiriləcək VI Bakı Beynəlxalq Futzal Turnirinin favoriti meydan sahibləri olacaq. Yarışa qonaq qismində qatılacaq 4 yığma millimizdən zəifdir. Bunu onların dünya reytinqindəki yeri göstərir.

Belə ki, turnirin qonaqlarından yalnız Belarus millisi planetin ən güclü 20 komandası sırasındadır. Siyahıda 18-ci olan slavyanlar 1280 xala malikdir. Özbəkistan millisi cəmi 40 xal geridə qalır. Asiyalılar dünya reytinqinin 24-cüsüdür.

Latviya yığması ilk “50-lik”də yer alıb. 48-ci olan rəqibimizin hesabında 976 xal var. 2013-cü il fevralın 12-dən 16-dək Bakıda baş tutacaq yarışın ən zəifi isə Moldovadır. 883 xala malik komanda dünyanın 66-cı komandasıdır.

Qeyd edək ki, qonaqların hamısından yüksək - 15-ci olan yığmamızın hesabında 1323 xal var.

Xəbər 860 dəfə oxundu.