“Real” və “Mançester Yunayted” üz-üzə gələcəklər
Çempionlar Liqasının bugünkü püşkü İspaniyanın “Real” və İngiltərənin “Mançester Yunayted” klublarını üz-üzə qoydu. 1/8 finalda üz-üzə gələcək rəqiblər 5-ci duelə çıxacaqlar.

Əvvəlki 4 duel ilk növbədə məhsuldarlığı ilə seçilib. Belə ki, 8 matçda 31 qol vurulub. Orta məhsuldarlığın 4-ə yaxın (3,875) olduğu matçlardan 3-də “Real”, 2-də mançesterlilər qalib gəlib, 3 dəfə isə heç-heçə olub. Top fərqi də madridlilərin xeyrinədir – 17:14.

Maraqlıdır ki, bu duellərin hamısında ilk matçın meydan sahibi mərhələni keçib. Yəni 3 dəfə “Real”, 1 dəfə “Mançester Yunayted”. 10 ildən sonra qarşılaşacaq rəqiblər sonuncu dəfə 2003-cü ildə görüşüblər.

1956/57. “Real” – “Mançester Yunayted” – 3:1, 2:2
1967/68. “Mançester Yunayted” - “Real” – 1:0, 3:3
1999/2000. “Real” – “Mançester Yunayted” – 0:0, 3:2
2002/03. “Real” – “Mançester Yunayted” – 3:1, 3:4

Xəbər 856 dəfə oxundu.