AZAL-ın qış fasiləsindəki hazırlıq planlarına aydınlıq gəlib
İlk “altılığ”a düşməyə can atan AZAL-ın qış fasiləsindəki hazırlıq planlarına aydınlıq gəlib. Bakı klubunun bütün oyunçuları dekabrın 22-də “Neftçi” ilə oyundan sonra istirahətə çəkiləcək.

Komanda bir də gələn il bir araya gələcək. Yanvarın 7-8-də düşərgəyə qoşulan futbolçular paytaxtda tibbi müayinədən keçəcək. Həmin ayın 10-11-də legionerlər də komandaya qoşulacaq.

“Təyyarəçilər” təlim-məşq toplanışının ikinci mərhələsini isə ölkə xaricində keçirəcək. AZAL əksər klublarımızdan geri qalmayaraq Antalyaya üz tutacaq. Vaqif Sadıqovun yetirmələrinin yanvarın 15-dən fevralın 2-dək Türkiyədə hazırlıq keçməsi nəzərdə tutulub. “Bəyaz-mavilər” orda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Xəbər 887 dəfə oxundu.