Sebastyan Mila ölkəmizdə çıxış edə bilər
Polşanın “Slask” klubunun kapitanı Sebastyan Mila ölkəmizdə çıxış edə bilər.
O, müştərisinin Azərbaycandan təklif aldığını bildirib: “Sebastyan indi elə yaşdadı ki, müqavilə bağlayarkən həlledici məqam maliyyə şərtlərindən asılı olacaq. Əgər “Slask” qışda onunla müqavilə bağlamaq istəməsə, böyük ehtimalla Azərbaycana gedəcək. Və ya bu ölkə Çin də ola bilər”.
Qeyd edək ki, 30 yaşlı futbolçu karyerası ərzində Polşanın “Qvardia”, “Baltik”, “Legia”, “Visla” (Plok), “Diskobolia”, “LKS Lodz”, Avstriyanın “Austria” və Norveçin “Valerenqa” klublarında çıxış edib. Mila 2008-ci ildə transfer olunduğu “Slask”da 108 oyun keçirib və 21 qol vurub.
Yarımmüdafiəçi Polşa yığmasının üzvüdü. 2003-cü ildən milli komandaya çağırılan futbolçu 30 oyunda 6 qol vurub. O, yığmada hələlik son oyununu bu ilin 29 fevralında Portuqaliyaya qarşı keçirib.

Xəbər 1057 dəfə oxundu.