“Simurq”un son məşqi
Bu gün 2012-ci ilində son oynuna çıxacaq “Simurq” son məşqinə çıxıb. Bir saatdan artıq davam edən hazırlıq prosesində komanda isinmə hərəkətlərindən sonra qısa ötürmələr üzərində işləyib. Daha sonra ikitərəfli oyun və qapıya zərbələr üzərində məşq edib.
Qeyd edək ki, “Simurq” bu gün “Rəvan”la qarşılaşacaq. Premyer Liqada 5-ci dəfə “Rəvan”la üz-üzə gələcək Zaqatala təmsilçisi indiyə qədər paytaxt təmsilçisini doğma arenada məğlub edə bilməyib. Sonuncu dəfə cari mövsümün IV turunda qarşılaşan rəqiblərin duelində “Simurq” 2:0 hesabı ilə meydanı qalib tərk edib.

Xəbər 853 dəfə oxundu.