Azərbaycan yığması içki qəbul edə bilməyəcək
Rusiya milli komandasının futbolçuları 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə səfər oyunu öncəsi bəzi içkiləri qəbul edə bilməyəcəklər. Bu, rəqibimizin italiyalı baş məşqçisi Fabio Kapello yetirmələrinə matçlara hazırlıq zamanı “Coca-Cola” və energetik içkiləri içməyi qadağa qoymağı ilə bağlıdır. O, eyni zamanda futbolçularına oyunlar zamanı oteli tərk etməyə icazə vermir.
Bu haqda Rusiya yığmasının liderlərindən olan Roman Şirokov məlumat verib. Millimizlə oktyabrda Moskvada keçirilən matçın sonunda penalti zərbəsindən vurduğu qolla qələbə qazandıran “Zenit”in yarımmüdafiəçisi qadağaları jurnalistlərə açıqlamaqdan çəkinməyib: “Bizə bu içkiləri və aşağı düşməyi qadağa ediblər. Biz yalnız müəyyən mərtəbədə ola bilərik. Orada da yalnız qohumlarımızla görüş bilərik. Aşağıda oturmaq, pilləkənlərlə düşmək olmaz. Hamımızın bəyəndiyi yeganə qayda hər gün, hətta oyun zamanı 08:30-da yuxudan oyanmaqdır”.

Xəbər 893 dəfə oxundu.