“Rəvan”la “Simurq” son məşqini başa vurub
Topaz Premyer Liqasının 18-ci turunda “Rəvan”la 2012-ci ilin son oyununa çıxacaq “Simurq” son məşqini başa vurub. Georgi Çixradzenin yetirmələri bir saatdan artıq davam edən hazırlıq prosesində, öncə isinmə hərəkətləri, ardınca qısa ötürmələr üzərində işləyib.

Daha sonra Zaqatala klubu ikitərəfli oyun və qapıya zərbələr üzərində məşq edib.

Qeyd edək ki, “Simurq” "Rəvan"la Premyer Liqada 5-ci dəfə üz-üzə gələcək.
Zaqatala təmsilçisi indiyə qədər Kemal Alispahiçin komandasını doğma arenada məğlub edə bilməyib. Sonuncu dəfə cari mövsümün V turunda qarşılaşan rəqiblərin duelində, “Simurq” 2:0 hesabı ilə meydanı qalib tərk edib.

Xəbər 839 dəfə oxundu.