“Beşiktaş” Rikardo Kuareşma ilə yollarını ayırıb
“Beşiktaş” Riakrdo Kuareşma ilə yollarını ayırıb. İstanbul klubu portuqaliyalı futbolçu ilə müqaviləsini qarşılıqlı şəkildə ləğv edib.

“Belə ki, “qara-qartallar”ın rəhbərliyi Kuareşmaya verəcəyi 1 milyon 483 min 730 avroluq borcunu ödəyib. Əvəzində onlar Riakrdonun 2012-2013 mövsümündə Türkiyənin heç bir klubuna transfer olunmamasını istəyib.

Əgər Kurareşma Süperliqanın hər hansı bir klubu ilə anlaşarsa, onda “Beşiktaş”a 5 milyon avro təzminat ödəmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, Riakrdo Kuareşma ilə “Qalatasaray” yaxından maraqlanır.

Xəbər 821 dəfə oxundu.