«Liverpul» Burak Yılmaz üçün İstanbulda
«Liverpul» təmsilçiləri «Qalatasaray» - «Fənərbağça» derbisində birincilərin mərkəz hücumçusu Burak Yılmazı canlı izləmək üçün İstanbulda olublar. İdman.com.az saytının məlumatına görə, Premyer Liqada cari mövsüm hücumçu probleminin ən qabarıq olduğu klublardan biri olan «Liverpul», Endi Kerrolldan istədiyini ala bilməyib.

Bununla da futbolçu ilə yolunu ayıran Brendan Rocrs, əsl mövqeyi forvardlıq olmayan Luis Suaresi bu mövqedə istifadə etmək məcburiyyətində qalıb. Mövsüm başında türk futbolçu Nuri Şahini «Real»dan icarəyələn liverpullular indi də «Qalatasaray»dan Burak Yılmazı radarına salıb.

Xəbər 929 dəfə oxundu.