Nobre «100-lər klubu»nda
Türkiyədə 10-cu mövsümünü keçirən və Superliqa karyerasında 248-cı oyununu oynayan «Mersin İdmanyurdu»nun Braziliya əslli futbolçusu Mərd Nobre «Ağhasar Bələdiyyəspor»la matçda 100-cü qolunu vurub. İdman.com.az saytının məlumatına görə, bu qolla «100-lər klubu"na girən hücumçu siyahıda ümumilikdə 34-cü, xarici oyunçu olaraq isə da 4-cü futbolçu olub.

1980-ci il təvəllüdlü Marsio Ferreyra Nobre 2003-cü ildə Braziliya «Kruzeyro»sundan icarə əsasında «Fənərbağça»ya transfer edilmişdi. Forvard, sonradan türk vətəndaşlığını alıb. «Fənərbağça»da keçən 2,5 mövsümün ardından, 2006-2007-cı illər mövsümündə «Beşikdaş»la razılaşıb. Qara-ağlı formanı 5 mövsüm geyinib, 2006-cı ilin avqustunda Türkiyə vətəndaşlığına qəbul edildi və adını Mərd Nobre edib. 2011-2012-ci illər mövsümündə «Mersin İdmanyurdun»a transfer olub.

Bu üç klubdan «Fənərbağça»da 80 matçda 46 qol, «Beşikdaş»da 127 matçda 35 qol, «Mersin İdmanyurdu»nda isə 41 matçda 19 qol vurub. Nobre Superliqa matçlarında cəmi 30 fərqli komandanın qapısına qol vurub. Onun qollarından ən çox məyus olan isə qapısında braziliyalının 9 qolunu görmüş «Konyaspor»dur. Bundan savayı o, «Trabzonspor» və «Kayserispor»a 8, «Qaziantəpspor» və «Gənclərbirliyi»nə 7, «Qalatasaray»a da 6 qol vurub.
Nobrenin Türkiyədəki karyerasını mövsümlər üzrə aşağıdakı cədvəl əks etdirir:

Mövsüm Klub Oyun Qol
2003-2004 Fənərbağça 18 12
2004-2005 Fənərbağça 33 17
2005-2006 Fənərbağça 29 17
2006-2007 Beşikdaş 30 8
2007-2008 Beşikdaş 30 10
2008-2009 Beşikdaş 27 10
2009-2010 Beşikdaş 19 1
2010-2011 Beşikdaş 21 6
2011-2012 Mersin İ. 26 10
2012-2013 Mersin İ. 15 9

Nobredən əvvəl 3 əcnəbi futbolçu da Superliqada 100 qol həddini keçib. Sonradan Türk vətəndaşlığına keçən bosniyalı Elvir Boliç «Qalatasaray», «Qaziantəpspor», «Fənərbağça», «İstanbulspor», «Malatyaspor» və «Gənclərbirliyi» formaları altında cəmi 129 qol vurub. Uzun illər Türkiyədə top qovan zairli Andre Kona Nqole 100 qol həddinə çatan ikinci xarici oyunçu oldu. «Fənərbağça» ilə yollarını ayıran braziliyalı Aleks de Souza isə 2010-2011-ci illər mövsümündə vurduğu 28 qolla çempionatın bombardiri olub. Ümumilikdə isə onun hesabında hazırda 136 qol var və bu nəticə ilə o, Türkiyənin əcnəbi qol rekordçusudur.

Xəbər 1108 dəfə oxundu.