Nurullah Sağlamı yolladılar
«Mersin İdmanyurdu» baş məşqçisi Nurullah Sağlamla yollarını ayırıb. İdman.com.az saytının məlumatına görə, klub prezidenti ƏIli Qəhrəmanlı «Ağhasar Bələdiyəspor»la matçının ardından məşqçi ilə görüşüb, onun gələcək taleyini müəyyən etdiklərini söyləyib: «Sağlamın komanda üçün çox işlər gördüyünü heç bir zaman inkar edə bilmərik. Tərəflərin bir-birinə inciklikləri yox. Ancaq belə olması lazım idi».

Xəbər 856 dəfə oxundu.