Topaz Premyer Liqasında dünən I turun təxirə salınan oyunu baş tutub
Topaz Premyer Liqasında dünən I turun təxirə salınan oyunu baş tutub. “Neftçi” – “Bakı” matçındakı 1:1 hesablı bərabərlik ilk turun dördüncü heç-heçəsi kimi qeydə alınıb.

Maraqlıdır ki, həmin turda baş tutan digər 3 qarşılaşmadakı bərabərlik də 1:1 olub. Belə ki, “İnter” – “Qarabağ”, “Rəvan” – “Xəzər Lənkəran” və “Simurq” – “Qəbələ” oyunları da məhz bu hesabla başa çatıb. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, ilk turun paytaxtda baş tutan bütün görüşləri 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, I turun digər iki qarşılaşması - “Kəpəz” – “Turan” 1:2, “Sumqayıt” – AZAL 2:2 hesabları ilə nəticələnib.

Xəbər 898 dəfə oxundu.