Branimir Subaşiçin klubla müqaviləsi başa çatır
“Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiçin klubla müqaviləsi başa çatır. Lənkəran klubu ilə dekabrın sonunadək müqaviləsi olan serb əsilli futbolçumuzun gələcək taleyinə hələ aydınlıq gəlməyib.
Subaşiç komandada qalıb-qalmayacağını hələ bilmir. Buna danışıqlar prosesindən sonra aydınlıq gələcək. Klubla futbolçunun tezliklə danışıqlara başlaması gözlənilir.

Xəbər 1009 dəfə oxundu.