Topaz Premyer Liqasının XVIII turu
Sabah Topaz Premyer Liqasının XVIII turunda “Rəvan”ı qonaq edəcək. “Simurq” 3 əsas futbolçusu olmadan meydana çıxacaq. Baş məşqçi Georgi Çixradze qapıçı David Petjkeviçin, müdafiəçi Rasim Ramaldanovun və hücumçu Murad Səttarlının xidmətindən məhrum olacaq.Belə ki, Premyer Liqanın 17-ci turunda Səttarlı ilə Ramaldanov sarı, Petjkeviç isə qırmızı vərəqə limitini doldurduğu üçün komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Simurq” - “Rəvan” oyunu saat 15:00-da Zaqatala şəhər stadionunda keçiriləcək.

Xəbər 814 dəfə oxundu.