Rüştü Rəcbər Amerika çempionatında
Türkiyə yığmasının sabiq qapıçısı Rüştü Rəcbər Amerika çempionatında əlcək geyinə bilər. 39 yaşlı qolkiper ABŞ-ın aşağı liqa təmsilçisi “Filadelfiya Yunyon”un maraq dairəsinə düşüb.
Sözügedən komanda artıq Rüştünü heyətinə qatmaq üçün ona təklif də göndərib. Lakin “Beşiktaş”dan ayrıldıqdan sonra heç bir klubla anlaşa bilməyən təcrübəli qapıçı, “Filadelfiya Yunyon”un verəcəyi məvacibin az olması ilə əlaqədar olaraq, amerikalılara rədd cavabı verib.
Qeyd edək ki, Rüştü Rəcbər 1994-cü ildən 2012-ci ilə qədər Türkiyə milli komandasının formasını geyinib. O, 120 dəfə yığmanın şərəfini qoruyub. Rəcbərin milli komanda da ən böyük nailiyyətləri, 2002-ci ildə keçirilən dünya çempionatı və 2008-ci ildə baş tutan Avropa çempionatın bürünc medalına sahib olmasıdır

Xəbər 788 dəfə oxundu.