Anri «Arsenal»a dönəcək
«Arsenal»ın əfsanəsi Tyerri Anri yanvarda kluba dönərək artıq yeni ilin 6-cı günündə «Suonsi»yə qarşı ölkə kuboku matçında çıxış edə biləcək. İdman.com.az saytının məlumatına görə, Anri «Arsenal»dan gedəndən sonra da daima kluba sevgisini bildirirdi.

«Vest Bromviç»ə qarşı sonuncu tur oyununda Tyerri yenə də «Emireyts»də idi. Onun hazırkı klubu «Nyu York Red Bullz» çətin ki, fransalının Londona yolunu kəsə billə. İcarə ilə bağlı bütün işlər artıq, demək olar ki, həll olunub.
Bəzi məlumatlara görə, «Arsenal» Anrini Premyer Liqa mövsümünün sonunadək götürmək istəyir. Bu da amerikalı rəhbərlərin xoşuna gəlmir. Belə olanda, Anri MLS-in ilk iki ayını buraxmalı olacaq.

Anri artıq iki həftədi ki, «Arsenal»ın heyətində məşq edir və Arsen Vengerə onu icarə sazişinə qol çəkdirməyə inandırmağa ehtiyac olmayacaq.
Yanvarda topçular hücumun iki oyunçusunu itirmək təhlüəsi altında ola bilərlər. Jervinyo öz ölkəsinin yığması ilə Afrika Millətlər Kubokuna yollanacaq. Maruan Şamax isə, çox güman ki, klubu tərk edəcək. Ancaq Anrinin icarəsi «Arsenal»ın yanvarda Klaas Yan Huntelaarı almaq fikrinə mənfi təsir göstərməyəcək.


Xəbər 844 dəfə oxundu.