Taekvondoçuların ölkə çempionatı
20-23 dekabrda taekvondo üzrə gənclər və ustalar arasında növbəti ümumrespublika birinciliyi və çempionatı keçiriləcək. İdman.com.az saytının məlumatına görə, ABU Arena İdman kompleksində 4 gün nəzərdə tutulan yarış, gənclər arasında (oğlanlar) 45, 48, 51, 55, 59, 63, 68, 73, 78, +78 (kq) və (qızlar) 42, 44, 46, 49, 52, 5, 59, 63, 68, +68 (kq) çəki dərəcələrində təşkil ediləcək.

Böyüklər isə (kişilər) 54, 58, 63, 68, 74, 80, 87, +87 (kq) və (qadınlar) 46, 49, 53, 57, 62, 67, 73, +73 (kq) çəki dərəcələrində mübarizə aparacaqlar. Hər iki turnir DAEDO İnternational taekvondo elektron sistemi ilə keçiriləcək.Yarışa respublikanın 70-dən artıq rayon və şəhərindən 600-dək idmançı qatılacaq. Döyüşlər hər gün saat 10:00-da başlanacaq.

Xəbər 1121 dəfə oxundu.