Premyer Liqada XVIII turun oyunları keçiriləcək
Bu həftə Topaz Premyer Liqasında XVIII turun oyunları keçiriləcək. 2012-ci ilin son turunda “Qəbələ” “Turan”ın qonağı olacaq. Tovuzda keçiriləcək görüş Ramiz Məmmədovun yetirmələri üçün ilin son oyunu, həm də son səfəri olacaq.

Dekabrın 20-dəki görüş rəqiblərin yubiley – 20-ci qarşılaşması olacaq. Əvvəlki 19 matçda “Qəbələ”nin üstünlüyü aşkardır. 12 qələbəsi olan komanda 3 dəfə heç-heçə edib və cəmi 4 dəfə uduzub. Bu matçlardan 15-i Premyer Liqaya təsadüf edib. Çempionatda 10 qələbəsi olan “Qəbələ” 2 dəfə heç-heçə ilə kifayətlənib və cəmi 3 dəfə xalsız qalıb. 15 qol vuran komanda cəmi 8 top buraxıb. Kubokda isə Qəbələ təmsilçisinin 2, tovuzluların 1 qələbəsi var. Daha 1 görüş heç-heçə bitib. Buradakı top fərqi də Ramiz Məmmədovun yetirmələrinin xeyrinədir – 4:3.

İlin sonuncu səfəri “Turan”la rəqib meydanındakı 10-cu matçdır. 5 dəfə Tovuzdan qələbə ilə qayıdan qonaqlar 2 dəfə heç-heçə ilə kifayətlənib və yalnız 2 dəfə məğlub olub. Səfərdəki yubiley matçınadək qonaqlar 9, meydan sahibləri 6 dəfə fərqlənib. Lakin “Turan” 2008-ci il noyabrın 5-də evdə uduzduğu (1:2) kubok matçından sonra “Qəbələ”yə evdə qol vura bilmir. Belə ki, qonaqlar son 5 səfərdə qapısının toxunulmazlığını saxlaya bilib.

2005/06
05.11.2005
Azərbaycan kuboku, 1/8 final
Göy-Göl (Xanlar) - Turan (Tovuz)
0:0

2005/06
19.11.2005
Azərbaycan kuboku, 1/8 final
Turan (Tovuz) - Göy-Göl (Xanlar)
1:0

2006/07
10.11.2006
Premyer Liqa
Turan (Tovuz) - Gilan (Qəbələ)
0:0

2006/07
08.05.2007
Premyer Liqa
Gilan (Qəbələ) - Turan (Tovuz)
1:0

2007/08
03.11.2007
Premyer Liqa
Qəbələ - Turan (Tovuz)
2:1

2007/08
03.05.2008
Premyer Liqa
Turan (Tovuz) - Qəbələ
4:2

2008/09
29.10.2008
Azərbaycan kuboku, 1/8 final
Qəbələ - Turan (Tovuz)
2:1

2008/09
05.11.2008
Azərbaycan kuboku, 1/8 final
Turan (Tovuz) - Qəbələ
1:2

2008/09
29.11.2008
Premyer Liqa
Turan (Tovuz) - Qəbələ
0:0

2008/09
17.05.2009
Premyer Liqa
Qəbələ - Turan (Tovuz)
0:1

2009/10
24.10.2009
Premyer Liqa
Turan (Tovuz) - Qəbələ
0:1

2009/10
09.02.2010
Premyer Liqa
Qəbələ - Turan (Tovuz)
1:0

2010/11
11.09.2010
Premyer Liqa
Turan (Tovuz) - Qəbələ
0:1

2010/11
11.12.2010
Premyer Liqa
Qəbələ - Turan (Tovuz)
1:0

2010/11
09.04.2011
Premyer Liqa
Turan (Tovuz) - Qəbələ
0:2

2010/11
08.05.2011
Premyer Liqa
Qəbələ - Turan (Tovuz)
1:0

2011/12
11.09.2011
Premyer Liqa
Qəbələ - Turan (Tovuz)
2:1

2011/12
15.12.2011
Premyer Liqa
Turan (Tovuz) - Qəbələ
0:1

2012/13
27.10.2012
Premyer Liqa
Qəbələ - Turan (Tovuz)
0:1

Xəbər 870 dəfə oxundu.