AFFA İntizam Komitəsi “Xəzər Lənkəran” və “Neftçi”ni cərimə edib
AFFA İntizam Komitəsi “Xəzər Lənkəran” və “Neftçi”ni cərimə edib. Buna səbəb “Böyük oyun”da baş verənlər olub.
Belə ki, derbidə “Neftçi”nin 4, “Xəzər Lənkəran”ın 5 futbolçusu sarı vərəqə alıb. Hər iki klub 1000 manat cərimə edilib.
Oyunun 84-cü dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. Buna görə Lənkəran klubu 2000 manat cərimə ödəyəcək.
Matçın fasiləsi zamanı hər iki klubunun azarkeşləri tərəfindən oturacaqlar sındırılıb. Bu səbəbdən də “Neftçi” “Xəzər Lənkəran”ın dəymiş ziyana əsasən təqdim edəcəyi hesaba uyğun olaraq ödəmə edəcək.

Xəbər 978 dəfə oxundu.