Topaz Premyer Liqasında 18-ci turun oyun cədvəli açıqlanıb
Topaz Premyer Liqasında 18-ci turun oyun cədvəli açıqlanıb. Turun oyunları iki gündə – 20 və 22 dekabr tarixlərində keçiriləcək. “Qiymət günü” kimi məşhur olan 21 dekabrda isə oyun olmayacaq.
İlk oyun günündə 4 qarşılaşma baş tutacaq. Tura dekabrın 20-də, saat 14.00-da “Turan” – “Qəbələ” oyunu ilə start veriləcək. Bundan bir saat sonra “Simurq” – “Rəvan” qarşılaşması başlayacaq. Turun mərkəzi oyunu – “Qarabağ” – “Xəzər Lənkəran” matçı və “Sumqayıt” – “Kəpəz” qarşılaşması saat 16.00-da start götürəcək.
Dekabrın 22-də isə iki paytaxt derbisi baş tutacaq. Belə ki, “İnter” “Bakı”nı, “Neftçi” AZAL-ı qəbul eəcək. Birinci oyun saat 15.00-da, ikinci qarılaşma iki saat sonra başlayacaq.
20 dekabr
Turan – Qəbələ
Tovuz şəhər stadionu, 14.00.
Simurq – Rəvan
Zaqatala şəhər stadionu, 15.00.
Sumqayıt – Kəpəz
“Bayıl Arena”, 16.00.
Qarabağ – Xəzər Lənkəran
T.Bəhramov adına Respublika stadionu, 16.00.
22 dekabr
İnter – Bakı
“Şəfa” stadionu, 15.00.
Neftçi – AZAL
“8-ci km stadionu”, 17.00.

Xəbər 1066 dəfə oxundu.