Çinin “Şanxay Şenhua” klubu maliyyə böhranı ilə üzləşib
Yeni mövsüm öncəsi bir sıra ulduz futbolçuları transfer edən Çinin “Şanxay Şenhua” klubu maliyyə böhranı ilə üzləşib. Bu səbəbdən də komandanın futbolçuları maaşlarını almaqda çətinlik çəkir.
“Şanxay Şenhua”nın ulduz futbolçuları Nikolya Anelka və Didye Droqbanın isə komandadan ayrılacağı iddia olunur. Həftəsinə 300 min dollar qazanan hər iki futbolçu maaşını ala bilməyəcəkləri təqdirdə transferə çıxarılacaq.
Qeyd edək ki, hər iki futbolçunun yenidən İngiltərə Premyer Liqasına qayıdacağı gözlənilir. Droqbanın “Çelsi”yə dönəcəyi istisna olunmur. Anelka ilə “Vest Hem” və KPR klubları yaxından maraqlanır.

Xəbər 883 dəfə oxundu.