İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilib
İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilib. Turun əksər görüşləri ilk oyun günündə baş tutub.Səfərdə “Nyukasl” ilə qarşılaşan son çempion “Mançester Siti” qələbə qazanıb. “Liverpul” evdə “Aston Villa”ya uduzub. Lider “Mançester Yunayted” növbəti qələbəsini “Sanderlend” ilə görüşdə bayram edib. “Norviç” “Viqan”, KPR “Fulhem” üzərində qələbə qazanıb. “Stok Siti” isə “Everton”la xalları yarı bölüb.
İkinci oyun günündə “Tottenhem” “Suonsi” üzərində qələbəyə sevinib. “Vest Bromviç” isə “Vest Hem”lə xalları yarı bölüb.
Nəhayət, turun qapanış matçında “Ridinq – Arsenal”la münasibətlərinə aydınlıq gətirib. “Topçular” rəqibini əsl top atəşinə tutub və darmadağınla 3 xala sahib çıxıb.
Qeyd edək ki, bu turun “Çelsi” – “Southempton” matçı isə təxirə salınıb.

Xəbər 874 dəfə oxundu.