Bu gün Yunan-Roma gülәşçiləri mübarizə aparacaqlar | |
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib. Dekabrın 21-nə qədər davam edəcək yarışda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparırlar. Təqvimə əsasən bu gün yunan-Roma gülәşçiləri mübarizə aparacaqlar. Öncə 55, 66, 84 vә 120 kq çәkidә qaliblər bəlli olacaq. Yarışda ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək. Proqrama əsasən dekabrın 18-19-da yunan-Roma güləşçiləri, 20-21 dekabrda isə sərbəst güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. |
|
Xəbər 943 dəfə oxundu. |
|
|