Turin təmsilçisi Lusio ilə yollarını ayırıb
İtaliya “Yuventus”u yanvar ayını gözləmədən bir futbolçusu ilə vidalaşıb. Turin təmsilçisi braziliyalı müdafiəçi Lusio ilə yollarını ayırıb. Bu xəbəri “Yuventus”un rəsmi internet saytı da təsdiqləyib. Müqavilənin müddəti hər iki tərəfin razılığı əsasında ləğv edilib.

Qeyd edək ki, Lusio cari mövsümün əvvəlində “Yuventus”a “İnter”dən azad agent statusu ilə keçib. O, burada cəmi 4 rəsmi oyunda meydana çıxıb

Xəbər 871 dəfə oxundu.