Ektor Kuper Çindən təklif alıb
Türkiyənin “Orduspor” klubunu çalışdıran Ektor Kuper Çindən təklif alıb. Argentinalı baş məşqçi Çinin “Şandonq Lunenq” klubunun maraq dairəsinə düşüb.
Asiya təmsilçisi Kuperə ildə 2,5 milyon avroluq təklif göndərib. Lakin argentinalı bununla razılaşmayaraq ilə 3 milyon avro tələb edib. Danışıqlar prosesi yaxın günlərdə davam etdiriləcək.
Qeyd edək ki, 57 yaşlı Kuper indiyədək İspaniyanın “Malyorka”, “Valensiya”, “Rasinq”, “Betis”, İtaliyanın “İnter”, “Parma” klublarını və Gürcüstan millisini çalışdırıb.

Xəbər 832 dəfə oxundu.