İstanbulda ilk medalı Tərlan qazandı
Cüdoçumuz Avropa çempionatının finalınadək yüksəldi Bu gün İstanbulda cüdo üzrə Avropa çempionatının startı veriləcək. Gələn il Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına lisenziya xalı verən yarışın ilk günü mübarizəyə 5 idmançımız qoşulub.
Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində Nicat Şıxəlizadə ilk görüşünü rusiyalı Beslan Mudranova qarşı keçirib və qalib gəlib. Onun növbəti rəqibi Almaniyalı Tobias Enqlmayer olacaq. Bu çəkidə yarışan digər cüdoçümüz İlqar Müşkiyevin ilk rəqibi isə ingilis Eşli Makenzi olacaq.
66 kq-da Samir Dadaşzadə və Tərlan Kərimov mübarizəyə ikinci mərhələdən başlayacaqlar.
Qadınların yarışında Kifayət Qasımova (57 kq) da mübarizəyə bu gün başlayıb. Rumıniyalı Andrea Stefaniya Çitu ilə qarşılaşmaya fəal başlayan cüdoçumuz rəqibini 5-ci dəqiqədə məğlub edib. 1 vazari və 2 yuko ilə qalib gələn idmançımızın növbəti mərhələdə rəqibi macar Hedviq Karakas olacaq.

Mübarizəyə ikinci mərhələdən başlayan Samir Dadaşzadə (66 kq) rumın cüdoçu Laslo Zokeyə bir yuko ilə məğlub olub.

Təəssüf ki, Nicat növbəti mərhələdə Almaniyalı Tobias Enqlmayerlə bacara bilməyib.

Kifayət növbəti mərhələdə rəqibi macar Hedviq Karakası da məğlub etməyi bacarıb. 1/8 finalda fransız Autom Ravianı məğlub edən Kifayət yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi portuqaliyalı Telma Monteyro olub. Bu qarşılaşmada ipponla məğlub olan idmançımız təsəliverici görüşdə rusiyalı İrina Zabludinlə görüşüb və məğlub olub.

Tərlan Kərimov isə fransız David Larosa bir yuko ilə qalİb gələrək növbəti mərhələyə yüksəlib. Tərlanın növbəti mərhələdə gürcü Şalva Kardavaya, rusiyalı Musa Moquşkova qalib gələrək yarımfinala çıxıb. Yarımfinalda Tərlan ingilis Colin Oatesə qalib gələn idmançımız finala yüksəlib. Finalda macar Miklos Unqvariyə məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənib. Bundan başqa Tərlan finala yüksəlməklə öz hesabına 108 lisenziya xalı da yazdırıb.

İngilis Eşli Makenziyə, ardınca niderlandlı Jeron Murenə qalib gələn İlqar Müşkiyev 1/8 finalda gürcü Betvil Şukvaniyə məğlub olaraq ümidini təsəlliverici görüşə bağlayıb. Lakin təsəlli görüşündə italiyalı Elio Verdeyə məğlub olaraq mübarizəni dayandırdı.

Sabah mübarizəyə aşağıdakı cüdoçülarımız başlayacaqlar:

Kişilər

73 kq
Ramil Qasımov da yarışa ikinci mərhələdən başlayacaq və onun ilk rəqibi gürcü Tenqiz Papoşvili – fransız Uqo Leqrand cütünün qalibi olacaq.

Renat Mirzəliyev ilk görüşünü moldovalı Luri Leoya qarşı keçirəcək və bu gütün qalibini növbəti mərhələdə polşalı Tomas Adamies gözləyir.

81 kq
Olimpiya çempionumuz Elnur Məmmədlinin ilk rəqibi yunan Pavlos Karaklov olacaq. Elnur yunan səddini kecəgəyi təqdirdə Miroljub İvezic (Serbiya) – Srdjan Mirvaljevic (Çernoqoriya) cütünün qalibi ilə qarşılaşacaq.

Elxan Rəcəbli isə mübarizəyə ikinci mərhələdən başlayacaq. Onun rəqibi belaruslu Aleksandr Staşenko da püşkə əsasən ilk qarşılaşmadan azaddır.

90 kq
Elxan Məmmədov bu çempionatda ilk rəqibi olacaq serb Nikola Nikoliclə mübarizəyə ikici mərhələdən başlayacaqlar.

100 kq
Elmar Qasımov və rəqibi Danimarkalı Frederik Yorqensen mübarizəyə ikinci mərhələdən başlayacaqlar.

Şahin Məmmədovun ilk rəqibi yerli idmançı Burhan Koçan olacaq. Bu cütün qalibini növbəti mərhələdə gürcü Levan Zorzoliani gözləyir.

+100 kq:
Emil Tahirov çempionata ikinci mərhələdə rusiyalı Dmitri Sterkovla başlayacaq.

Qadınlar

63 kq
Ramilə Yusubovanın ilk rəqibi macar Ester Qaspar olacaq.

Qeyd edək ki, 45 ölkədən 425 cüdoçünün mübarizə apardığı çempionatda 14 idmançımız mükafatlar və lisenziya xalları uğrunda yarışır.
Çempion öz hesabına 180, gümüş mükafatçısı 108 və üçüncüsü isə 72 lisenziya xalı yazdıracaq.
Çempionata aprelin 24-də yekun vurulacaq.

Xəbər 1385 dəfə oxundu.