Jezualdu Ferreyra istefaya göndərilib
“Panatinaikos”un baş məşqçisi Jezualdu Ferreyra istefaya göndərilib. Yunanıstan klubunun rəhbərliyi komandanın daxili çempionatda, eləcə də Avropa Liqasındakı çıxışından narazı qaldığından baş məşqçi ilə yollarını ayırıb.
Qeyd edək ki, “yaşıllar” hazırda Yunanıstan liqasında “Olimpiakos”dan 15 xal geri qalır. Müvəqqəti olaraq, “Panatinaikos”u gənclərdən ibarət komandanın məşqçisi Ramon Roşa çalışdıracaq.

Xəbər 880 dəfə oxundu.