“Qızıl top” mükafatının bu il kimə veriləcəyi böyük marağa səbəb olub
“Qızıl top” mükafatının bu il kimə veriləcəyi böyük marağa səbəb olub. Bu ada üç namizəd var. Bunlar “Barselona”lı Lionel Messi, Andreas İnyesta və “Real”ın ulduz futbolçusu Kriştiano Ronaldodu.
Çoxları Messinin “Qızıl top”a layiq olduğunu düşünsə də, buna etiraz edənlər də var. Fanat.az xəbər verir ki, əfsanəvi holland futbolçu Ruud Qullit Ronaldonun mükafata daha çox layiq olduğunu bildirib: “Məncə 2012-ci ilin ən yaxşı futbolçusu Ronaldodu. Ümid edirəm ki, “Qızıl top”u o alacaq. O, bütün hava toplarının sahibidi. Ronaldo tam bir tam bir fenomendi”.
Qeyd edək ki, “Qızıl top”un sahibi yanvarın 7-də Sürixdə açıqlanacaq.

Xəbər 1011 dəfə oxundu.