Droqba Turinə yaxınlaşır
Didye Droqbanın Çin «Şanxay Şenxua»sından «Yuventus»a keçidi yaxın günlərdə baş tuta bilər. İdman.com.az saytının məlumatına görə, turinlilər kot`divuarlı futbolçunu sıralarına icarə əsasında qatmaq istəyirlər. Bu günlərdə keçidin rəsmi elan edilməsi gözlənilir.

Didye Droqba Çinə ötən yay London «Çelsi»sindən yol almışdı. «Çelsi»də 8 ilini keçirmiş futbolçu bu klubla bir çox titulları, o cümlədə Çempionlar Liqasının qalibi adını qazanıb. Onun «Şanxay Şenxua» ilə müqaviləsi 2014-cü ilədəkdi. Çin klubunun formasını ötən aylarda 11 oyunda geyinmiş Droqba rəqib qapılarından 8 qol keçirib.

Əgər indi onun İtaliyaya keçidi baş tutarsa, afrikalı forvard artıq yanvarın birindən «Yuventus»un formasını geyinə bilər.

Xəbər 1862 dəfə oxundu.