Ballak «Çelsi»nin idman direktoru olacaq
Almaniya yığmasının keçmiş yarımmüdafiəçisi və kapitanı Mixael Ballak London «Çelsi»sini idman direktoru ola bilər. Klubun sahibi Roman Abramoviç artıq əfsanəvi yarımmüdafiəçi ilə danışıqlar aparıb. Alman mütəxəssis hələ ki, öz razılığını verməyib. Lakin yaxın vaxtlarda cavab verməlidir.

İdman.com.az saytının məlumatına görə, hazırda «Çelsi»də idman direktoru kürsüsündə Maykl Emenalo əyləşib. Lakin son zamanlar klub rəhbəri komandanın nəticələrindən heç də razı deyil. Komandanın fanatları da eyni fikirdədirlər.

Mixael Ballak özü 2006-2010-cu illərdə «Çelsi»nin formasını geyinib və ümumilikdə komandada 107 oyun keçirib. Bu il oktyabrın 2-də o, futbolçu karyerasını başa vrudurğunu bildirmişdi.

Xəbər 2144 dəfə oxundu.