Platini birləşmiş çempionatın əleyhinədir
UEFA prezidenti Mişel Platini birləşmiş çempionatların keçirilməsi mümkünlüyü və belə yarışların qalibinin avrokuboklarda iştirakı barədə məsələlərə aydınlıq gətirib. İdman.com.az saytı xəbər verir ki, qurum rəhbəri yeni turnirin təşkilinin bəzi problemlər yaradacağını deyib:

«Biz bu məsələni müzakirə etmişik və ona reaksiya heç də birmənalı deyil. Üstəlik də neqativ münasibət daha çoxdur. Burada bir sıra həssas məqamlar var: əgər bir neçə liqa birləşərsə təhlükəsizlik, vergilər və digər normativlər üzrə qanunvericilikdə suallar ortaya çıxa bilər. Buna görə də ilk növbədə onların bu işə siyasi planda hazır olmalarına əmin olmaq lazımdır.

Düşünürəm ki, əgər iki ölkə birləşəcəksə, Çempionlar Liqasında hər ikisi oynamaq istəyəcək. Onların bir çempionatı olsa, ilk iki yeri tutan komanda Çempionlar Liqasına çıxacaq. Onda iki ölkədən biri Çempionlar Liqasında təmsilçisiz qala bilər».


Xəbər 899 dəfə oxundu.