Qızlarımız Qazaxıstanda 3 medala sahib oldular
Qazaxıstanda keçirilən boks üzrə qadınlar arasında beynəlxalq turnir davam edir. İdman.com.az saytının məlumatına görə, Azərbaycan milli komandasının iki üzvü – Yelena Vıstropova (69 kq) və Leyla Cavadova (75 kq) finala vəsiqə qazanıblar. Dünya çempionatının gümüş mükafatçısı, London Olimpiadasının iştirakçısı Vıstropova finala gedən yolda son Rusiya çempionu Sadaqat Abdullayeva üzrində qələbə qazanıb.

Leyla Cavadova isə Qazaxıstan təmsilçisi Aijan Nursentovanı məğlub edərək, finala yüksəlib. Aynur Rzayeva beynəlxalq turnirdə bürünc medalla kifayətlənib. Boksçumuz yarımfinalda dünya reytinqində 2-ci olan qazaxıstanlı İazzat Kunqulbayevaya uduzub.

Qeyd edək ki, finalda Rusiyanın 3, Azərbaycanın 2 boksçusu mübarizə aparacaq. Digər çəki dərəcələrində Qazaxıstan idmançıları finala vəsiqə qazanıblar.

Xəbər 4065 dəfə oxundu.