“Böyük oyun”un start fitindən az əvvəl maraqlı hadisə baş verib
Lənkəranda keçirilən “Böyük oyun”un start fitindən az əvvəl maraqlı hadisə baş verib. “Xəzər Lənkəran” və “Neftçi” prinsipial duel öncəsi isinmə hərəkətlərini başa vurub, soyunub-geyinmə otağına yollanarkən azarkeşlər maraqlı olayı izləyiblər.

Meydandan soyunub-geyinmə otaqlarına gedən zalın önündə meydan sahiblərinin azarkeşlərindən biri “Xəzər Lənkəran” bayrağını yellədib. “Neftçi”nin üzvləri də “ağ-yaşıl” bayrağın altından keçməli idi. Öncə həmin nöqtəyə yaxınlaşan Mahir Şükürov bayrağa tərs-tərs baxsa da, onun altından keçib.

Bakılıların baş məşqçisi Böyükağa Hacıyev isə düz 5 dəqiqə orda dayanıb bayrağın götürülməsini tələb edib. Lakin inadkar məşqçi istəyinə çatmayıb. Sonda “sınan” Hacıyev “Xəzər Lənkəran”ın bayrağının altından keçib.

Xəbər 879 dəfə oxundu.