Ceyhun Əzizlinin ailəsində sevindirici hadisə baş verib
“UltraNeftçi” və “UltrAslan-Azərbaycan” fan-klublarının rəhbəri Ceyhun Əzizlinin ailəsində sevindirici hadisə baş verib. fan-klub rəhbəri ikinci dəfə ata olub.
“Xəzər Lənkəran” – “Neftçi” oyununu izləmək üçün hazırda Lənkəranda olan Əzizlinin ikinci övladı bu gün dünyaya gəlib. İkinci dəfə də oğlan övladı olan Ceyhun bəy hələ uşağın adını müəyyənləşdirməyib.
Ceyhun Əzizlinin ilk övladıda oğlandı. Cılğın “Qalatasaray” fanatı olan fan-klub rəhbəri ilk övladına Arda adını qoyub.
Fanat.az-ın kollektivi Ceyhun Əzizlini təbrik edir, ona ailəsi ilə birlikdə uzun ömür və xoşbəxt həyat arzulayır.

Xəbər 849 dəfə oxundu.