Platini Messini özündən irəlidə görür
Mişel Platini ispan «Barselona»sının argentinalı forvardının 4-cü dəfə «Qızıl top» almasına şanslarını dəyərləndirib. İdman.com.az saytının məlumatına görə, UEFA prezidenti Lionel Messinin uğurunu böyük hadisə sayıb:

«Messi «Qızıl top»ların alınmasına görə, yeni rekord vuracağına əminəm. Lakin deyə bilmərəm ki, bu hadisə bu mövsüm olacaq, ya gələn. Ancaq dəqiq bilirəm ki, o, 4-cü «Qızıl top»unu alaraq, məni, van Basteni və Kruifi geridə qoyacaq».

Xəbər 954 dəfə oxundu.