Çempionlar Liqasında Azərbaycan qarşıdurması
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. İdman.com.az saytının məlumatına görə, Lüksemburqda baş tutan mərasimdə Azərbaycanın “Rabitə”, “Lokomotiv” və “Azerreyl” klublarının da 1/6 finalda kimlə oynayacağına aydınlıq gəlib.

Püşk Azərbaycan çempionuna Fransanın “Kann” klubunu qismət edib. “B” qrupunda ikinci yeri tutan rəqiblə ilk oyunumuz səfərdə, cavab matçı evdə olacaq. Komandamız mərhələ adlayacağı halda, Kazan və ya Moskva “Dinamo”sunun güclüsü ilə oynayacaq.

“Lokomotiv” və “Azərreyl” isə bir-birinə rəqib olublar. Çempionlar Liqasında Azərbaycan duelinin qalibini “Yamamay” (İtaliya) - “Şveriner” (Almaniya) cütünün güclüsü gözləyəcək. Bu 4 komandanın qalibi “dördlər finalı”nda ev sahibi ilə qarşılaşacaq.

Qeyd edək ki, “Qalatasaray” “dördlər finalı”na ev sahibliyi edəcəyindən pley-offdan azaddır.

1/6 final mərhələsinin ilk oyunları yanvarın 15-17-də, cavab matçları 1 həftə sonra olacaq.

1/6 final
1. “Kann” (Fransa) - “Rabitə” (Azərbaycan)
2. “Dinamo”K (Rusiya) - “Dinamo”M (Rusiya)
3. “Villa Kortese” (İtaliya) - “Əczaçıbaşı” (Türkiyə)
4. “Atom” (Polşa) - “Vəqfbank” (Türkiyə)
5. “Şveriner” (Almaniya) - “Yamamay” (İtaliya)
6. “Azərreyl” (Azərbaycan) - “Lokomotiv” (Azərbaycan)

1/3 final
2-1
4-3
5-6

1/2 final
“Qalatasaray” (Türkiyə) – 5/6-nın qalibi
2/1 – 4/3

Final
“Qalatasaray” (Türkiyə) – 5/6-nın qalibi - 2/1 – 4/3-ün qalibi


Xəbər 971 dəfə oxundu.