"Tottenhem" Sneyderlə güclənmək istəyir
"Tottenhem" qışda heyətini hollandiyalı futbolçu ilə gücləndirmək istəyir. London klubu "İnter"dən ayrılacağı gündəmdən düşməyən, Uesli Sneyderlə yaxından maraqlanır.

Britaniya mətbuatı artıq sözügedən komanda rəhbərliyinin yarımmüdafiəçiyə görə, 10 milyon avro ödəməyə hazır olduğunu yazıb. Lakin 28 yaşlı futbolçunun yanvar ayında komanda da qalıb və ya, digər kluba keçəcəyi sual olaraq qalır.

Qeyd edək ki, Sneyderi “Fənərbaxça”, Mançester Yunayted”, “Mançester Siti” və “Anji”də transfer etmək istəyir.

Xəbər 851 dəfə oxundu.